“Yolumuz Qarabağa” layihəsi, Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad etdiyi ərazilərə səfərlərin təşkilini ehtiva edir. İlkin olaraq Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə, daha sonra digər işğaldan azad edilən bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Sistemdə vətəndaşlar qeydiyyat olduqdan sonra, iş üçün istiqamət seçimi edir, növbəti səhifəyə yönləndirilir. Növbəti səhifədə, vətəndaş Ad, Soyad, Ata adı-nı, şəxsiyyət vəsiqəsinin FİN kodunu şəxsiyyət vəsiqəsinin seriyasını, və mobil nömrə, e-poçt daxil edir. Bu zaman, şəxsin məlumatları müvafiq informasiya sistemlərindən yoxlanılır, Növbəti səhifədə, seçilmiş məlumatlarla tanış olduqdan sonra, ödəniş mərhələsinə keçid edilir. Ödənişlər sistem üzərindən “Bank kartı” və "m10" vasitəsilə həyata keçirilir. Ödəniş uğurlu olduqdan sonra, vətəndaş portala yönləndirilir və sənəd məlumatları ilə tanış olur. Sənəd məlumatları həm endirilə, həm də çap edilə bilər.
Təhlükəsiz ödəniş
Sosial qayğı
Sadə prosedur
Dəstək